
«Qəbələ»dən ayrılan Rüfət Əhmədovun «Turan Tovuz»a transferində əngəl yaranıb.
Tibbi baxışdan keçən müdafiəçinin sağlıq durumunda problem aşkarlanıb.
Belə ki, yaxınlarda ayağından əməliyyat edilən cinah oyunçusunun aldığı xəsarətin ciddi olması üzə çıxıb. Həkimlər ona uzun müddət süni meydançalardan uzaq durmağı taşırıb.
Bu isə «Turan»ın yeni baş məşqçisi Kurban Berdiyevi narahat edib. Çünki Tovuz stadionunun qazonu sünidir və Rüfəti burada oynatmaq təhlükəlidir.
Rusiyalı çalışdırıcı onu təkrar müayinədən keçirməyi tapşırıb və transferi həkimlərin son sözünə buraxıb. Yəni ki, «ağ xalatlılar» yekunda nə diaqnoz qoysa, futbolçu ilə ona uyğun davranılacaq.
SPORTİNFO.AZ