ŞOK! Direktor şikayətə gələn futbolçulara düzünü söylədi: “Berdiyev bizi saymır”

9 May 18:00 Turan 1 373
ŞOK! Direktor şikayətə gələn futbolçulara düzünü söylədi: “Berdiyev bizi saymır”

«Turan Tovuz»un bir qrup futbolçusu idman direktoru Səməd Nəsibovla görüşüb.

Bu barədə klubdan saytımıza məlumat verilib.

Həmin informasiyaya görə, əsas komandanın üzvləri Kurban Berdiyevdən funksionerə şikayət edib.

Onlar baş məşqçinin iş prinsillərindən narazılıqlarını dilə gətirib, fiziki çalışmaların ağır olduğunu bildiriblər.

Oyunçular «Baba» adı verdikləri rusiyalı mütəxəssisin gündəlik hazırlıq prosesinin yourucu və darıxdırıcı olduğunu, taktiki yöndə az işlədiklərini deyiblər.

Qeyd ediblər ki, 73 yaşlı sükançı məşqlərdə əsasən standart vəziyyətlərə vaxt ayırır.

S.Nəsibov futbolçuları dinləyib və deyilənlərlə razılaşıb. Amma sonda əsl etiraf edib.

Komanda üzvlərinin diqqətinə çatdırıb ki, o və rəhbərlikdə təmsil olunan şəxslərdən heç biri Berdiyevin işinə qarışmır, heç buna səlahiyyətləri də yoxdur. Çünki baş məşqçi faktiki olaraq heç kimi saymır.

Bu hadisə bir daha göstərir ki, «Turan»da rəsmi heyətlə Berdiyev arasında «soyuq küləklər» əsir. İkinci burada özünü «ataman» kimi aparır, vəzifəli şəxsləri ciddiyə almır.

Əslində, komanda yeni ildən sonra uğursuz çıxış etməsinin əsas səbəblərindən birini də bunda görməliyik.

Kurban Berdiyev «yuxarı»nı dinləsəydi, yəqin ki, kollektiv belə çöküşə keçməz, transfer siyasəti bu qədər keyfiyyətsiz aparılmazdı.

Baş məşqçi heyəti gücləndlirməyən yerli və əcnəbi futbolçuları düşərgəyə doldurmaqla klubu xeyli ziyana salıb. Hansılar ki, rəhbərlik onların keçidinə qarşı çıxıb.

Berdiyev demək olar heç bir məsələdə funksionerlərlə məsləhətləşmir. O. sadəcə, əmr verir və göstərişlərinin icra edilməsini gözləyir.

Hətta tələsdirir də. Tapşırıqlarının yerinə yetirilməsində bir balaca gecikmə olan kimi aləmi bir-birinə qatır, idarəçilərə sifət edir.

Ehtiram Quliyev hələlik kənara çəkilib. Çün İdarə Heyətinin sədrinin özü də ondan ehtiyat edir.

Axı Berdiyevlə ötən ilin yayında bağlanan müqavilənin müddəti 2+1 ildir. Sədr başa düşür ki, nəyəsə dillənsə, o, haray-həşir salacaq, klubla bağlı Rusiya mediasına sərt açıqlamalar verəcək.

Quliyev Berdiyevi qovmağa da çəkinir. Belə etsə, ona böyük məbləğdə təzminat ödəmək lazım gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 May 11:00 Məcarə axtarmayın!