“Kütləvi təmizləmə”: Avrokuboklardan kənarda qaldılar, daha 5 nəfər…

13 İyun 13:00 Turan 1 452
“Kütləvi təmizləmə”: Avrokuboklardan kənarda qaldılar, daha 5 nəfər…

Uğursuz mövsüm keçirən "Turan Tovuz" bugünlərdə 9 futbolçu ilə yolları ayırdı.

Klub müqavilə müddətləri başa çatan İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə vidalaşdı.

Amma bu, son deyil. Klubdan redaksiyamıza verilən məlumata görə, Kurban Berdiyev hələ "qara siyahı"nı tamamlamayıb.

Komandanı avrokuboklara daşımaq tapşırığının öhdəsindən gələ bilməyən baş məşqçi daha 5 futbolçunu düşərgədən göndərməyə hazırlaşır.

"Baba" ləqəbli çalışdırıcı artıq onların adlarını rəhbərliyə təqdim edib, sadəcə, rəsmi surətdə açıqlanması qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!