“Neftçi“ ilə şərtləri üst-üstə düşdü, öz klubundan tələb etdi ki…

3 İyun 15:00 Turan 2 629
“Neftçi“ ilə şərtləri üst-üstə düşdü, öz klubundan tələb etdi ki…

“Turan Tovuz”un legioneri Alexandro Serrano “Neftçi“ ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Tovuz klubu ispaniyalı yarımmüdafiəçini düşərgəsində saxlamağa çalışsa da, onun ürəyindən ağ-qara formanı geyinmək keçir.

Prineyli orta sahə oyunçusu paytaxt təmsilçisinin şərəfini qorusa, illik 170 min dollar qazanacaq.

“Turan“ isə Serranoya bu qədər ödəmə etmək niyyətində deyil. Ona təklif olunan aylıq maaş 13 min dollardır.

Avropalı qiymət məsələsində güzəştə getməkdən israrla boyun qaçırır. Klub rəhbərliyindən bu yöndə danışıqları uzatmamağı tələb edib.

Alexandronun “Turan Tovuz”la müqaviləsi bugünlərdə başa çatacaq.

2023-cü ilin yayında “Hebar”dan bura gələn əcnəbi bu mövsüm 30 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti