Azərbaycan klubu düşərgəsinə gətirdiyi legionerlə müqavilə bağlamadı

27 İyul 2024 10:40 Turan 2 835
Azərbaycan klubu düşərgəsinə gətirdiyi legionerlə müqavilə bağlamadı

«Turan Tovuz» düşərgəsinə yeni gətirdiyi iranlı legionerlə müqavilə imzalamayıb.

Bu barədə Sportinfo.az-a klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov bildirib.

Onun dediyinə görə, Mehdi adlı müdafiəçi baxışdan keçə bilməyib.

Kurban Berdiyev Arazın o tayından dəvət etdiyi oyunçunun hazırkı durumundan razı qalmadığından, tərəflər arasında ilkin anlaşma rəsmiyyətə çevrilməyib.

"Turan Tovuz" bu yay Tural Bayramlı, İvan Konovalov, Sergey Samok, Kristian da Silva, Veysəl Rzayev və Araş Qadirini heyətinə cəlb edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?