B seriyasında çıxış edən müdafiəçi “Turan”ın maraq dairəsində

11 İyul 08:50 Turan 1 088
B seriyasında çıxış edən müdafiəçi “Turan”ın maraq dairəsində

Yeni mövsüm daha iddialı və güclü heyət qurmağı qarşısına hədəf qoyan “Turan Tovuz”un transfer siyahısında bir çox futbolçu yer alıb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, qərb təmsilçisi “Paysandu”nun futbolçusu Keffel Resende Alvimlə maraqlanır.

25 yaşlı sol cinah müdafiəçinin Braziliya B seriyasının təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Sao Kaetano”, “Retro”, “Trofense”, “Torreense”, “Portimonense” klublarında çıxış edib.

Keffelin “Turan Tovuz”a keçidi baş tutması ehtimalı yüksək dəyərləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!