"Sumqayıt"da ilk ayrılıq?

28 May 2020 17:52 Sumqayıt 934
"Sumqayıt"da ilk ayrılıq?

“Sumqayıt” Futbol Akademiyasının türk koordinatoru Hakan Sünal Almaniyaya qayıtmağa hazırlaşır. O, karantin rejiminin ləğvini və uçuşların bərpasını gözləyir.

Sportinfo.az xəbər verir ki, Sünal indiki halda Azərbaycanda qalmaq üçün səbəb görmür.

Uşaq liqaları ləğv edildi, yeni mövsümün nə zaman start götürəcəyi isə məlum deyil. Bundan başqa, türk məşqçi Azərbaycana həm də Pro almaq üçün gəlımişdi. Lakin bu yaxınlarda açıqlandı ki, yayda nəzərdə tutulan Pro kateqoriyalı kurslar da qeyri-müəyyən müddətə təxirə salınıb. Yəni bu mənada da Azərbaycanda qalmağın əhəmiyyəti yoxdur. (Rekord.az)

Digər Xəbərlər
Xəbər Lenti