
«Sumqayıt»da toplantı keçirilib. Klubun prezidenti Riad Rəfiyev əsas komandanın məşqçi korpusu ilə görüşb.
Yığıncaqda mövsümün qalan hissəsi ilə bağlı müzakirələr aparılıb.
Rəfiyev akademiyaneın nümayəndələrinə üstünlük verilməsini tapşırıb.
Başqan bildirib ki, əvəzedici heyətdə və U-19-da bir neçə istedadlı gənc var, onları artıq Premyer Liqada sınamaq mümkündür.
Baş məşqçi Vaqif Cavadov bu çağırışla razılaşıb. O, çempionatın qarşıdakı 8 turunda həmin cavanları nəzərdən keçirəcəklərini söyləyib.
“Kimyaçılar” liqanın geridə qalan 28 həftəsində 29 xal toplayıb. “Gənclik şəhəri” təmsilçisi turnir cədvəlinin 7-ci pilləsində mövqe tutub.
SPORTİNFO.AZ