Pakistan yığmasının müdafiəçisi 2 il Azərbaycan klubunda

2 May 11:20 Sumqayıt 882
Pakistan yığmasının müdafiəçisi 2 il Azərbaycan klubunda

"Sumqayıt" İsa Sulimanla müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

27 yaşlı müdafiəçi ilə qüvvədə olan sözləşmə daha 2 il müddətinə artırılıb.

2023/2024 mövsümündən komandada çıxış edən Pakistan yığmasının üzvü Premyer Liqada 27, Azərbaycan Kubokunda 2 matçda meydanda olub. O, bu qarşılaşmalarda 4 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti