"Sumqayıt" üzünü qardaş ölkəyə tutdu

26 İyun 2024 08:50 Sumqayıt 1 341
"Sumqayıt" üzünü qardaş ölkəyə tutdu

“Sumqayıt”ın yay hazırlıq planı məlum olub.

Sportinfo.az xəbər verir ki, Samir Abasovun yetirmələri iyulun 3-dən 17-dək Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirəcək.

“Çam Hotel”də məskunlaşacaq komanda bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.

Rəqiblərin kimliyi və oyunların tarixi haqqında klubun rəsmi media hesablarında məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə