
«Sumqayıt» yeni transfer edib.
Yaxınlarda «kimyaçılar»ın sükanı arxasına keçən Saşa İliç öz həmyerlisini bura gətirib.
Söhbət Nikola Ninkoviçdən gedir.
«Gənclik şəhəri» təmsilçisi serbiyalı legionerlə 1 illik müqavilə imzalayıb.
Ölkəsinin U-17, U-19 və U-21 yığmalarının formasını geyinmiş Nikola hücumameylli yarımmüdafiəçidir.
«Partizan»ın yetirməsinın karyerasının ən ləzzətli illləri İtaliyada keçib. A Seriyasında «Cenoa», «Kyevo», «Askoli» və «Breşiya»nın şərəfini qoruyub.
2021-ci ildə vətənə dönüb, «Proleter»lə müqavilə imzalayıb.
2022-2023-cü illəri «Boraç Banja»da keçirən 30 yaşlı ön xətt oyunçusu daha sonra Gürcüstana üz tutub.
2023/24-ci il mövsümünü Kutaisi «Torpedo»sunda keçirib, bu ilin əvvəlində isə yenidən Serbiyaya qayıdıb, «Tekstilaç»la müqavilə bağlayıb.
“Sumqayıt” bu yay Pedro Pinto (son klubu “Petro Luanda”, Anqola), Aleksa Yankoviç ("Radniçki", Serbiya), Rauf Rüstəmli ("Sabah"dan icarəyə götürülüb), Aleksandr Ramalinqom (Son klubu "Bney Saxnin", İsrail) və Rayan Senhadji (son klubu "Fakel", Rusiya) ilə müqavilə imzalayıb.
SPORTİNFO.AZ