"Sumqayıt"dan yeni tərəfdaşlıq müqaviləsi - FOTOLAR

25 İyul 2025 19:20 Sumqayıt 1 019
"Sumqayıt"dan yeni tərəfdaşlıq müqaviləsi - FOTOLAR

“Sumqayıt” Futbol Klubu ilə “VOLT GROUP” MMC-nin “Rox” brendi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Sportinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan tədbirdə klubun prezidenti Riad Rəfiyev və adıçəkilən şirkətin həmtəsisçisi və direktoru Emin Əsgərov iştirak ediblər.

Müqaviləyə əsasən, “Rox” brendinə məxsus tanınma nişanları “Sumqayıt” Futbol Klubunun oyun geyimlərində, ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda və klubumuzun rəsmi media hesablarında yerləşdiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA