
"Sumqayıt" yay təlim-məşq toplanışının birinci mərhələsini başa vurdu.
Sumqayıtda baş tutan hazırlıq "İmişli"yə qarşı sınaq matçı ilə yekunlaşdı.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatdı.
"Kimyaçılar"ın heyətində hər iki hissə meydanda olan adlardan biri də yeni transfer Aleksa Yankoviç idi.
25 yaşlı sağ cinah yarımmüdafiəçisi görüşdən sonra Sportinfo.az-a açıqlama verib:
"Mövsümün əvvəlidir. Hazırlıqlara yeni başlamışıq. Düşünmürəm ki, bu gün hər şey yaxşı idi. İstədiyimiz kimi olmadı.
Amma oyundan-oyuna daha yaxşı olacağımıza ümid edirəm.
Daha ciddi şəkildə hazırlaşmağa davam edəcəyik".
XANOĞLAN