"Serbiyalı oyunçulardan Azərbaycanla bağlı yaxşı fikirlər aldım"

25 İyul 20:00 Sumqayıt 450
"Serbiyalı oyunçulardan Azərbaycanla bağlı yaxşı fikirlər aldım"

"Bura gəldiyim üçün çox şadam. Oynamaq şansı alacağımı düşünürəm. İrəliyə doğru addım atmışam".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın yay fasiləsində heyətinə qatdığı Aleksa Yankoviç dilə gətirib.

25 yaşlı serbiyalı üçün "Sumqayıt" heç də yad komanda deyil. O, "Çukaruçki"də çıxış edərkən "Kimyaçılar"a qarşı rəqib olub. Aleksa həmin görüşü də xatırlayıb:

"Yaxşı xatırlayıram (gülür). Konfrans Liqasının oyunu idi. Burada qalib gələrək mərhələni adlamışdıq. Yenidən burada olmaqdan məmnunam".

Serbiya gənclər millisinin üzvü olmuş oyunçu Azərbaycandan təklif alanda məsləhət aldığı həmyerlilərinin adlarını çəkib:

"Daha əvvəl burada çıxış etmiş serbiyalı oyunçularla danışdım. Xüsusilə son mövsümü "Sumqayıt"da forma geyinmiş Miloş, Vuyneviç, Radoviçlə söhbətdə yaxşı fikirlər aldım. Yekunda gəlməyə qərar verdim".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti