“Sumqayıt” fransalı müdafiəçi transfer etdi - FOTO

24 İyul 01:00 Sumqayıt 834
“Sumqayıt” fransalı müdafiəçi transfer etdi - FOTO

"Sumqayıt" yeni transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Kimyaçılar" mərkəz müdafiəçisi Rayan Senhadji ilə 2+1 illik müqavilə imzalayıb.

28 yaşlı əlcəzairli futbolçu son olaraq Rusiyada "Fakel"ində çıxış edib. O, "Sumqayıt"da "72" nömrəli formada çıxış edəcək.

"Sumqayıt" bunadək Saşa İliç (baş məşqçi), Pedro Pinto (son klubu “Petro Luanda”, Anqola), Aleksa Yankoviç ("Radniçki", Serbiya), Rauf Rüstəmli ("Sabah"dan icarəyə götürülüb), Aleksandr Ramalinqomu (Son klubu "Bney Saxnin", İsrail) transfer edib.

"Sumqayıt" yeni transferini rəsmən açıqladı

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!