Azərbaycanda dördüncü klubla anlaşdı - Qazanacağı məbləğ…

21 İyul 2025 10:40 Sumqayıt 4 036
Azərbaycanda dördüncü klubla anlaşdı - Qazanacağı məbləğ…

Millimizin sabiq yarımmüdafiəçisi Filip Ozobiç yenidən Azərbaycana dönüb.

34 yaşlı xorvatiyalı «Sumqayıt»la anlaşıb.

Tərəflər arasında razılaşmaya əsasən, o, minimum 1 il «kimyaçılar»ın uğurları üçün tər tökəcək. Yığmamızın keçmiş üzvünün buradakı taleyi ilk sezondakı çıxışından asılı olacaq.

Əla performans sərgiləsə, kontraktı 2027-ci ilin yayınadək uzadılacaq. Balkanlı bu müddətdə az maaş almayacaq. Aylıq qazancı 10 min dollar təşkil edəcək.

Ozobiç 2016-cı ildən ölkəmizdədir. «Qəbələ»də 2 il forma geyinib, daha sonra «Qarabağ»ın yolunu tutub.

Beş il «köhlən atlar»ın uğurları üçün tər töküb, 2023-cü ilin yayında isə «Neftçi»yə keçib. 2021-ci ildə millimizə cəlb olunan eks «Spartak»çı 15 oyuna 1 qol vurub.

«Sumqayıt» son 1 ayda 4 yeni oyunçu ilə güclənib.

Pedro Pinto (son klubu “Petro Luanda”, Anqola), Aleksa Yankoviç ("Radniçki", Serbiya), Rauf Rüstəmli ("Sabah"dan icarəyə götürülüb) və Aleksandr Ramalinqom (Son klubu "Bney Saxnin", İsrail) onların sıralarına qoşulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA