
"Sumqayıt"ın Aleksa Yankoviçla bağladığı müqavilənin maliyyə şərtləri bilinib.
"Kimyaçılar" son olaraq Serbiyada “Radniçki”nin formasını geyinmiş müdafiəçiyə 8000 dollar maaş ödəyəcək.
Bu, onun ilk mövsümdə alacağı əməkhaqqıdır. Növbəti sezonlarda isə bu rəqəm 10 min dollaradək yüksələcək.
"Gənclik şəhəri" təmsilçisi balkanlı ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı cinah oyunçusu “Sumqayıt”ın heyətində “11” nömrəli formada çıxış edəcək.
Yerli “Partizan”ın yetirməsi olan Aleksa Yankoviç adıçəkilən ölkənin “Vozdovaç”, “Çukariçki”, “Radnikçi” kimi klublarının uğurları üçün çalışıb.
Yankoviç Serbiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində də forma geyinib.
SPORTİNFO.AZ