
2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Gənclik şəhəri təmsilçisi" müqavilə ilə "Sabah"a məxsus yarımmüdafiəçi Rauf Rüstəmlini 1 illik icarəyə götürüb.
"Qəbələ"nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca "Sabah" və "Şamaxı"nın uğurları üçün çalışıb. 21 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və "A" milli komandalarımızın da şərəfini qoruyub.
"Sumqayıt" bunadək Saşa İliç (baş məşqçi), Pedro Pinto (son klubu “Petro Luanda”, Anqola) və Aleksa Yankoviçi ("Radniçki", Serbiya) də transfer edib.