Əcnəbi baş məşqçidən braziliyalı legionerlə bağlı SÜRPRİZ QƏRAR

12 İyul 22:40 Sumqayıt 485
Əcnəbi baş məşqçidən braziliyalı legionerlə bağlı SÜRPRİZ QƏRAR

"Sumqayıt"da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

"Kimyaçılar" Alan Diası saxlamağa qərar verib.

Braziliyalı legioner ötən yay transfer edilmişdi.

Onunla 1+2 illik anlaşma imzalanmışdı.

Müqavilənin ikinci hissəsi yalnız yaxşı performans qarşılığında qüvvəyə minəcəkdi.

Yəni klubun razılığı ilə.

O qədər də ürəkaçan oyun sərgiləməyən mərkəz müdafiəçisinin Sumqayıt təmsilçisindən ayrılacağı gözlənilirdi.

Amma yeni baş məşqçi Saşa İliç 26 yaşlı legionerin qalmasına qərar verib.

Vətənində olan cənubi amerikalı ən qısa müddətdə serbiyalının sərəncamında olacaq.

Dias başa çatan mövsüm "Sumqayıt" formasında 18 oyun keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!