Hücumçu ölkəmizdən ayrıldı, “Paxtakor”a keçdi - 1 illik müqavilə imzaladı

10 İyul 2025 13:20 Sumqayıt 1 481
Hücumçu ölkəmizdən ayrıldı, “Paxtakor”a keçdi - 1 illik müqavilə imzaladı

“Sumqayıt”ın keçmiş futbolçusu Bobur Abdixolikovun yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu karyerasını vətəni Özbəkistanda davam etdirəcək.

Millinin hücumçusu “Paxtakor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik müqavilə imzalayıblar.

Abdixolikov bu ilin fevral ayından mövsümün sonunadək “Sumqayıt”ın formasını geyinib. "Gənclik" şəhəri təmsilçisi onunla müqaviləni yeniləmək istəsə də, razılıq əldə edə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə