Bu yay "Neftçi"dən ayrılan sabiq "Qarabağ"lı hansı Azərbaycan klubu ilə danışıq aparır?

9 İyul 2025 21:00 Sumqayıt 4 091
Bu yay "Neftçi"dən ayrılan sabiq "Qarabağ"lı hansı Azərbaycan klubu ilə danışıq aparır?

"Neftçi"dən ayrılan Filip Ozobiç karyerasını Azərbaycanda davam etdirə bilər.

Millimizin sabiq üzvünün xidmətində "Sumqayıt" maraqlıdır.

Tərəflər arasında ilkin danışıqlar da baş tutub.

34 yaşlı orta sahə oyunçusu hazırda klubsuzdur.

Son mövsüm "ağ qaralar"ın bombardiri olan təcrübəli sima keçirdiyi 33 görüşdə 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Milliləşdirilən xorvatiyalı "Neftçi"yə qədər ölkəmizdə "Qarabağ" və "Qəbələ"nin formasını geyinib.

Ozobiç Azərbaycan millisində 15 oyunda 1 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA