
Saşa İliçi baş məşqçi postuna gətirən "Sumqayıt"da transfer çalışmaları davam edir.
"Kimayçılar"ın portuqaliyalı Pedro Pinto Manuel ilə gücləndiyini xəbər vermişdik.
Komandanın növbəti transferinin kimliyi də bizə məlum olub.
Söhbət Fərid Nəbiyevdən gedir.
"Səbail"lə müqaviləsi başa çatan yarımmüdafiəçi ilə bütün detallarda razılıq əldə olunub.
Son anda hər hansı problem çıxmazsa, 25 yaşlı futbolçu yeni mövsümü Sumqayıt təmsilçisində keçirəcək.
O, başa çatan mövsüm "Səbail"in heyətində meydana çıxdığı 30 matçda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Qəbələ"nin yetirməsinin daha əvvəl "Kəpəz", "Turan Tovuz"da çıxış etdiyini, Çexiya və Gürcüstanda legioner həyatı yaşadığını bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ