Tanınmış agent Azərbaycan klubunun rəhbərliyinə kimi məsləhət görüb? - AÇIQLADI

01:00 Sumqayıt 459
Tanınmış agent Azərbaycan klubunun rəhbərliyinə kimi məsləhət görüb? - AÇIQLADI

Futbol agenti Camal Akayev serb mütəxəssis Saşa İliçin “Sumqayıt”a baş məşqçi təyin olunmasına münasibət bildirib.

Sportinfo.az “Чемпионат”a istinadən xəbər verir ki, futbol adamı serb məşqçi haqda bunları deyib:

“Sumqayıt”ın prezidenti ilə yaxşı münasibətim var. Yeri gəlmişkən, "Spartak"ın (Moskva) sabiq futbolçusu və müştərim Silvanus Nimeli ötən mövsüm bu klubda çıxış etdi.

Azərbaycanda mövsüm başa çatdıqdan sonra bir sıra məşqçiləri müzakirə etdik. Xüsusilə, rusiyalıların adları da çəkildi.

Ona Saşa İliçə diqqət yetirməyi təklif etdim. Buna dərhal qiymət verdilər.

Danışıqlarda hər şey dərhal istənilən kimi olmadı. Amma “Sumqayıt” rəhbərliyi bu məsələdə çox israrlı idi. Sonda da nəticəni əldə etdilər".

Digər Xəbərlər
Xəbər Lenti