
“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Baş məşqçi postuna serbiyalı mütəxəssis Saşa İliçi gətirən komandada transferlə bağlı sükut pozulub.
Bir neçə mövqe üzrə arayışlarını davam etdirən “Gənclər şəhəri” təmsilçisi axtardığı müdafiəçini Portuqaliyada tapıb.
Belə ki, komanda 30 yaşlı portuqaliyalı mərkəz müdafiəçisi Pedro Pintonu heyətinə qatıb.
O, dünəndən düşərgədədir.
Peşəkar karyerasına 2016-cı ildə Portuqaliyanın “Leixoes” komandasında başlayan müdafiəçi “Vittoriya Setubal”, “Aruka” kimi klubların da şərəfini qoruyub.
Son klubu Anqolanın “Petro Luanda”sı olan legioner Azərbaycan təmsilçisinə azad agent statusunda qatılıb.
XANOĞLAN / SPORTİNFO.AZ