Şans qazanmayan hücumçu regionda - Birillik müqavilə

8 İyul 2025 10:40 Sumqayıt 1 742
Şans qazanmayan hücumçu regionda - Birillik müqavilə

«Sumqayıt»ın hücumçusu Uğur Cahangirov klubunu dəyişib.

«Kimyaçılar»la 2026-cı ilin yayında başa çatacaq müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən forvard «Karvan»a üz tutub.

24 yaşlı ön xətt oyunçusu 16 ildən sonra Premsyer Liqaya qayıtmış Yevlax təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Cahangirov «Sumqayıt»dan öncə «Keşlə» və «Şamaxı»nın formasını geyinib. «Gənclik şəhəri» komandasından ayrılmasının səbəbi isə şans qazanmamasıdır.

Ötən müddətdə nə Samir Abasov, nə də Vaqif Cavadov ona bu imkanı yaradıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə