Azərbaycan klubu yeni baş məşqçisini bu cür təqdim etdi - VİDEO+FOTOLAR

02:10 Sumqayıt 132
Azərbaycan klubu yeni baş məşqçisini bu cür təqdim etdi - VİDEO+FOTOLAR

“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, “Azərikimya” İB-nin inzibati binasında baş tutan iclasda əsas komandanın yeni baş məşqçisi Saşa İliç şura üzvlərinə təqdim olunub.

UEFA PRO kateqoriyasına sahib 47 yaşlı serbiyalı mütəxəssis və onun köməkçiləri ilə 1 illik müqavilə imzalanıb.

İclasda Müşahidə Şurasının sədri Elnur Məmmədli çıxış edərək yeni baş məşqçiyə uğurlar arzulayıb və üzvlərə klubun yeni mövsümdəki planları barədə məlumat verib.

O bildirib ki, daim Sumqayıt şəhəri və şəhər sakinlərinin dəstəyini hiss edirlər. Hər zaman komandanın yanında olan azarkeşləri sevindirmək üçün klub rəhbərliyi olaraq əllərindən gələni edəcəklər.

Daha sonra isə prezident Riad Rəfiyev komandanın növbəti mövsüm üçün hazırlıq planı və təlim-məşq toplanışı barədə çıxış edib.

Yeni baş məşqçi Saşa İliç isə ona etimad göstərib buraya dəvət etdikləri üçün klub rəhbərliyinə təşəkkürünü bildirib. Mütəxəssis “Sumqayıt” Futbol Klubunun Sumqayıt şəhərinin adına layiq çıxış etməsi üçün əlindən gələni edəcəyini və uğurlu mövsüm keçirməyə çalışacaqlarını vurğulayıb.

Saşa İliç daha sonra isə ev oyunlarını keçirdikləri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və “SOCAR Polymer” təlim-məşq bazası ilə tanış olub.

"Sumqayıt"ın yeni baş məşqçisi məlum olub - YENİLƏNİB/FOTO/VİDEO

Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 02:50 Emilin komandası uduzdu