
"Sumqayıt" Futbol Klubunun rəhbərliyi daim şəhər sakinlərinin dəstəyini hiss edirlər".
Sportinfo.az xəbər verir ki, bu barədə "Gənclik şəhəri" təmsilçisinin Müşahidə Şurasının sədri Elnur Məmmədli qurumun iclasında bildirib.
O, komandanın yeni baş məşqçisi Saşa İliçə uğurlar arzulayıb və üzvlərə klubun yeni mövsümdəki planları barədə məlumat verib.
Sədr bildirib ki, "Sumqayıt" Futbol Klubu olaraq daim Sumqayıt şəhəri və sakinlərinin dəstəyini hiss edirlər:
"Hər zaman komandanın yanında olan azarkeşləri sevindirmək üçün klub rəhbərliyi olaraq əlimizdən gələni edəcəyik".
"Sumqayıt" UEFA PRO kateqoriyasına sahib 47 yaşlı serbiyalı mütəxəssis və onun köməkçiləri ilə 1 illik müqavilə imzalanıb.