Saşa İliç: "Sumqayıt"ın şəhərin adına layiq olması üçün əlimdən gələni edəcəm"

16:20 Sumqayıt 313
Saşa İliç: "Sumqayıt"ın şəhərin adına layiq olması üçün əlimdən gələni edəcəm"

"Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliç komandanın şəhərin adına layiq olması üçün əlindən gələni edəcək.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə danışıb.

O, uğurlu çıxış üçün çalışacaqlarını söyləyib:

"Komandanın Sumqayıt şəhərinin adına layiq olması üçün əlimdən gələni edəcəyəm. Uğurlu mövsüm keçirməyə çalışacağıq".

PRO kateqoriyasına sahib 47 yaşlı serbiyalı mütəxəssis və onun köməkçiləri ilə 1 illik müqavilə imzalanıb. Saşa İliç son olaraq Rusiyada "Pari NN" komandasında işləyib.

Digər Xəbərlər
Xəbər Lenti