
"Sumqayıt"ın yay təlim-məşq planı məlum olub.
"Kimyaçılar" bu gündən yeni baş məşqçi Saşa İliçin rəhbərliyi altında Sumqayıtda bir araya gələcək.
Köməkçi meydançasında məşqlər keçiriləcək.
Ölkə xaricinə getmək nəzərdə tutulsa da, serbiyalı mütəxəssis buna gərək duymayıb.
Doğma şəhərdə nəzərdə tutulan toplanışın birinci mərhələsi 25 iyula kimi davam edəcək.
Məhz bu tarixdə kollektiv hazırlığın ikinci mərhələsi üçün Qəbələyə yola düşəcək.
Adıçəkilən bölgədə 2 həftə qalmağı planlaşdıran "Sumqayıt" 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.
XANOĞLAN / SPORTİNFO.AZ