
"Sumqayıt" yeni baş məşqçisinin adını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Saşa İliç komandanın yeni baş məşqçisi təyin edilib. Serbiyalı məşqçi ilə bağlanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Saşa İliç son olaraq Rusiyada "Pari NN"də işləyib. 2024-cü ilin mayında bu komandaya baş məşqçi təyin edilən İliç komanda Premyer Liqada qoruya bilib.
Amma onun Rusiya karyerası çox çəkməyib. Baş məşqçi təyin edildikdən cəmi 5 ay sonra - 2024-cü ilin oktyabrında qarşılıqlı razılaşma ilə "Pari NN"lə yolları ayırıb.
O,daha əvvəl Bolqarıstan SSKA-sı (Sofiya) və Serbiya "Çukariçki"ni də çalışdırıb. SSKA onun rəhbərliyi altında mövsümü 2-ci yerdə başa vurub.