
"Sumqayıt" sabiq futbolçusu Höccət Haqverdi ilə təmasa keçib.
"Kimyaçılar" təcrübəli müdafiəçinin xidmətində maraqlıdır.
Amma danışıqların uğurlu keçdiyini demək olmaz.
Əsas səbəb isə 32 yaşlı arxa xətt oyunçusunun yüksək maaş tələbidir.
Keçid bir halda baş tuta bilər ki, Höccət 2021-23-cü illər aralığında formasını geyindiyi komandaya böyük məbləğdə endirimə razılaşsın.
Millimizin sabiq üzvü son mövsümü "Neftçi"də keçirib.
Onun burada aylıq qazancı 25000 dollar olub.
XANOĞLAN / SPORTİNFO.AZ