Yeni baş məşqçi ilə bağlı klub prezidentindən SON AÇIQLAMA

12:20 Sumqayıt 1 076
Yeni baş məşqçi ilə bağlı klub prezidentindən SON AÇIQLAMA

"Yeni baş məşqçimizin adını ən qısa müddətdə eşidəcəksiz, az qalıb".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın prezidenti Riad Rəfiyev deyib.

"Gənclik şəhəri" təmsilçisinin rəhbəri komandanı çalışdıracaq mütəxəssisin adını çəkməyib, bununla belə, 4 əcnəbinin namizədliyini nəzərdən keçirdiklərini bildirib:

"Onlardan ikisi bir ölkədəndir. Digər iki nəfər isə ayrı-ayrı ölkələrin nümayəndələridir.

İndiyədək mətbuatda çox adamın adı çıxıb. Demək olar heç biri deyil.

Kimi "Sumqayıt"a layiq bilmişiksə, o da gəlib burada işləyəcək. Uğurlu biridir.

Komandamızı layiq olduğu səviyyəyə çatdıracağına inanımımız böyükdür".

Bizdə olan məlumata görə, "kimyaçılar" Saşa İliçlə anlaşıb. Serbiyalı mütəxəssis ötən mövsüm Rusiyada "Pari NN"ə rəhbərlik edib.

Onun komandası 22 oyundan 4 qələbə, 4 heç-heçə və 14 məğlubiyyətlə ayrılıb. Müqaviləsini pozduqdan təqribən 1 il sonra İliç "Sumqayıt"la anlaşıb.

O, bu gün ölkəmizə təşrif buyuracaq. Tərəflər arasında razılaşmanın müddəti 2 ildir. Balkanlı özüylə bura ən azı 3 köməkçi gətirəcək.

Saşa İliç Serbiyanın U-16, U-18 yığmalarında, eləcə də "Çukariçki", Bolqarıstanın MOİK (Sofiya) və Yunanıstanın "Atromitos" klublarında baş məşqçi kimi çalışıb.

Keçmiş hücumameylli yarımmüdafiəçi Serbiyanın "Partizan", İspaniyanın "Selta", Türkiyənin "Qalatasaray", Avstriyanın "Zaltsburq", Yunanıstanın "Larissa" komandalarının formasını geyinib.

«Gənclik şəhəri» təmsilçisi ötən mövsümə Samir Abasovla başlayıb.

O, oktiyabrda «Neftçi»yə yollanandan sonra kollektiv Vaqif Cavadova tapşırılıb. 2,5 illik müqaviləyə imza atmış gənc çalışdırıcı bu ilin mayında istefaya göndərilib.

Sırf nəticələrə görə. Komanda ölkə kubokunda mübarizəni erkən başa vurubsa, Premyer Liqada səkkizinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ