Məşhur “Qalatasaray”lı Azərbaycan klubunun sükanı arxasında! – SON DƏQİQƏ

5 İyul 17:00 Sumqayıt 7 927
Məşhur “Qalatasaray”lı Azərbaycan klubunun sükanı arxasında! – SON DƏQİQƏ

«Sumqayıt»ın yeni baş məşqçisinin kimliyi dəqiqləşib.

«Gənclik şəhəri» təmsilçisini qarşıdakı mövsümdə Saşa İliç çalışdıracaq.

Serbiyalı mütəxəssis sabah səhər saatlarında Azərbaycana təşrif buyuracaq. O, axşamüstü komandaya təqdim olunacaq.

İliç yaxın keçmişin tanınmış futbolçularından olub. «Partizan», «Zalsburq», «Selta» və «Qalatasaray» kimi Avropanın adlı-sanlı klublarının formasını geyinib.

Serbiya yığmasında çıxdığı 37 oyunda 4 qol vuran yarımmüdafiəçi 2019-cu ildə butsılarını mıxdan asıb.

Altı il qabaq məşqçilikdə ilk addımlarını aıtb, ölkəsinin U-16 və U-18 yığmalarını çalışdırıb.

2021-2022-ci illər aralığında yerli «Çukariçki»nin başında dayanıb. Onun son iş yeri 2022-ci ilin yayında üz tutduğu Bolqarıstanda Sofiya ÇSKA-sı olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!