Yeni baş məşqçi sabah gələcək - SON DƏQİQƏ XƏBƏRİ

13:00 Sumqayıt 1 227
Yeni baş məşqçi sabah gələcək - SON DƏQİQƏ XƏBƏRİ

«Sumqayıt» yeni baş məşqçisinin adını sabah açıqlayacaq.

Bu barədə klubdan saytımıza son dəqiqə məlumatı daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, hazırda 2-3 mütəxəssislə danışıqlar aparır. Namizədlər siyahısında olanların hamısı əcnəbidir.

Rəhbərlik bu gecə onlardan biriylə razılığa gəlib Azərbaycana təyyarə biletini alacaq.

Səhər saatlarında ölkəmizə təşrif buyuracaq çalışdırıcı axşam komandayla tanış olacaq.

«Gənclik şəhəri» təmsilçisi ötən mövsümə Samir Abasovla başlayıb.

O, oktiyabrda «Neftçi»yə yollanandan sonra kollektiv Vaqif Cavadova tapşırılıb. 2,5 illik müqaviləyə imza atmış gənc çalışdırıcı bu ilin mayında istefaya göndərilib.

Sırf nəticələrə görə. Komanda ölkə kubokunda mübarizəni erkən başa vurubsa, Premyer Liqada səkkizinci yeri tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti