Klub prezidenti “Sportinfo”ya son dərəcə İDDİALI AÇIQLAMA verdi!

14:40 Sumqayıt 712
Klub prezidenti “Sportinfo”ya son dərəcə İDDİALI AÇIQLAMA verdi!

«Gələn mövsüm iddialı olacağıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın prezidenti Riad Rəfiyev deyib.

«Kimyaçılar»ın birinci şəxsi bildirib ki, növbəti sezondan gözləntiləri böyükdür. O, ötən «futbol ili»ndən fərqli olaraq, bu dəfə yüksək yerlər uğrunda mübarizə aparacalarını söyləyib:

«Məqsədimiz şəhərimizi və azarkeşlərimizi sevindirməkdir. Sumqayıt əhalisi bütün ümidlərini bizə bağlayıb.

Böyük şəhərin tək komandasıyıq. Yeni baş məşqçiyə və futbolçulara əlimizdən gələn dəstəyi verəcəyik.

«Sumqayıt» Avropa görmüş, yaxşı nəticələri olan klubdur. Həmin nəticələri təkrarlamaq və daha da irəli getmək niyyətindəyik.

Bunu bacaracağımıza inanıram. Hər halda yaxşı olmalıdır. Ümumiyyətlə, «Sumqayıt»ın çempionata xüsusi rəng qatacağına əminəm».

«Gənclik şəhəri təmsilçisi 2018-ci ilin yazından etibarən Riad Rəfiyevin nəzarəti altındadır.

Klub bu müddətdə böyük məsafə qət edib, uğurlu yol keçib. Premyer Liqanın bürünc medallarını qazanıb, iki dəfə ölkə kubokunda final oynayıb, üç dəfə avrokuboklara vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti