Bu şəhərdə ota virus düşdü, stadion bağlandı - YENI PROBLEM

2 İyul 17:40 Sumqayıt 646
Bu şəhərdə ota virus düşdü, stadion bağlandı - YENI PROBLEM

Sumayıt şəhərində yerləşən «Kapital Arena» təmirə bağlanıb.

Stadionun əsas meydançasının qazonu sökülüb.

Bu, təbii ota virus düşməsiylə əlaqədardır. Sahə sürətlə saraldığından, sözügedən məkana mütəxəssislər qrupu dəvət olunub.

Onların apardığı ekspertiza otun «müalicə prosesi»nə təcili başlanması zərurətini üzə çıxarıb. Odur ki, əlavə xərc çəkmək lazım gəlib, yenilənməyə start verilib.

İşlər minimum 3-4 ay davam edəcək. Qazonun oktyabrda hazır vəziyyətə gətirilməsi gözlənilir.

Həmin vaxt havalar normadan artıq soyuq keçsə və sürəkli yağışlar yağsa, meydançanın istifadəyə verilməsi üçün ilin sonunu gözləmək lazım gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi