
«Sumqayıt» bu yay 10-a yaxın və bəlkə də ondan bir qədər çox transfer edəcək.
Bu barədə Sportinfo.az-a klubun prezidenti Riad Rəfiyev məlumat verib.
2018-c\i ilin yazından bəri «kimyaçılar»ın başında dayanan tanınmış funksioner heyəti gücləndirmək istiqamətində hərtərəfli iş apardıqlarını bildirib:
«Gedənlərin yerit boş qalmayacaq. Səkkiz-doqquz nəfər gedibsə, ən azı o qədər də transfer olacaq.
Gələnlərin sayının ondan da çox olması mümkündür. Hazırda bir çox futbolçu ilə danışıqlar aparırıq.
Aralarında həm yerlilər, həm də legionerlər var. Bəzilərinin razılığını artıq almışıq.
Güclü heyət quracağıq. Bunu özünüz də görəcəyik.
Sadəcə, indi baş məşqçinin təyinatını gözləyin. Qısa zamanda biləcəksiz ki, komandanı kimə tapşıracağıq».
«Gənclik şəhəri» təmsilçisi iyundan bəri Vüqar Mustafayev (karyerasını başa vurub), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov və Bobir Abdixolikovla vidalaşıb.