Klub prezidenti yeni baş məşqçi barədə açıqlama verdi: “SÜRPRİZ OLACAQ!”

14:00 Sumqayıt 1 603
Klub prezidenti yeni baş məşqçi barədə açıqlama verdi: “SÜRPRİZ OLACAQ!”

«Sumqayıt» yeni baş məşqçisinin adını yaxın günlərdə açıqlayacaq.

Bu barədə Sportinfo.az-a klubun prezidenti Riad Rəfiyev bildirib.

Avropa səfərindən qayıdan «kimyaçılar»ın rəhbəri komandanı əcnəbi mütəxəssisə tapşıracaqlarını açıqlayıb:

«Bu vəzifəyə bir neçə namizəd var. Hamısı xarici məşqçidir. Onlardan biri ilə müqavilə bağlamağa çox yaxınıq.

Demək olar müqavilə şərtlərində razılığa gəlmişik. İyulun 2-3-ü aralığında onun adını açıqlaya bilərik, indi yox.

Proses uzağı gələn ayın ilk həftəsinədək çəkəcək. Təyinatın ondan o yana qalacağını düşünmürəm.

Bu gün deyə bilərəm ki, yeni baş məşqçimiz kifayət qədər tanınmış biri olacaq. Sürpriz təyinat kimi qarşılanacağı qənaətindəyəm.

Demirəm bütün dünyada, amma Avropada tanınmış məşqçidir». «Gənclik şəhəri» təmsilçisi ötən mövsümə Samir Abasovla başlayıb.

O, oktiyabrda «Neftçi»yə yollanandan sonra kollektiv Vaqif Cavadova tapşırılıb. 2,5 illik müqaviləyə imza atmış gənc çalışdırıcı bu ilin mayında istefaya göndərilib.

Sırf nəticələrə görə. Komanda ölkə kubokunda mübarizəni erkən başa vurubsa, Premyer Liqada səkkizinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti