“Bu iki oyunçu ilə yeni müqavilə imzalamamaq yanlış qərardır”

14:20 Sumqayıt 381
“Bu iki oyunçu ilə yeni müqavilə imzalamamaq yanlış qərardır”

Cəsurbek Cəloliddinov və Bobir Abdixolikovun “Sumqayıt”dan ayrılmaları ölkələri Özbəkistanda böyük ajiotaj yaradıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, özbəklər, xüsusən də, Cəloliddinovun gedişinə təəccübləniblər.

Çünki 23 yaşlı yarımmüdafiəçi ölkəsinin perspektivli oyunçularından hesab olunur.

Yaxın gələcəkdə milliyə dəvət edilməsi gözlənilən hücumameyilli oyunçu həm Özbəkistanın iddialı klublarından, həm də Avropanın bir neçə ölkəsindən təklif alıb.

Bu mənada özbəklərin fikrincə, “Sumqayıt”ın bu iki oyunçu ilə yeni müqavilə imzalamamaq qərarı yanlış addımdır.

Ötən mövsüm Premyer Liqada Cəsurbek Cəloliddinov 12, Bobir Abdixolikov isə 9 oyunda (4 qol) iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə