Kütləvi narazılıq - Azərbaycanda daha bir klub dağılır?

26 İyun 19:40 Sumqayıt 1 630
Kütləvi narazılıq - Azərbaycanda daha bir klub dağılır?

"Sumqayıt"da ayrılıq dalğası davam edir.

"Kimyaçılar" ötən gün daha 4 futbolçu - Elvin Bədəlov, Murad Xaçayev, Cəsurbek Cəloliddinov və Bobir Abdixolikovla yolların ayrıldığını elan etdi.

Bununla da klubu tərk edənlərin sayı 7-yə yüksəlmiş oldu. Nəzərə alaq ki, kollektiv həm də baş məşqçisizdir. Vaqif Cavadov ötən mövsümün sonuna iki tur qalmış istefaya göndərilmişdi.

Bu hələ rəsmi ayrılıqlardı, şübhə yoxdur ki, siyahı bir qədər genişlənəcək.

Elə bu səbəbdəndir ki, artıq yerli azarkeşlər öz narahatlığını büruzə verməyə başlayıb.

Klubun rəsmi hesablarına gələn şərhlərin mütləq əksəriyyəti ciddi narazılıqdan xəbər verir.

Bir qismini sizə təqdim edirik, vəziyyətdən hali olmaq üçün:

"Oyunçu göndərilir, amma yeni oyunçu alınmır . Məşqçi də yoxdur. Belə idarəçilik olmur".

"Gün o gün olsun, paylaşımlarınızda "göndərilir" yox "qatıldı" sözündən istifadə edilsin".

"Bu boyda şəhərin komandası nə günə qalıb".

"Yarpak tökümü serialının Sumqayıt versiyası. Klub rəhbərliyi transfer siyasətini düzgün aparmır. Keçən il Konfrans liqası öncəsi də belə oldu".

"Transfer pəncərəsi 1aydan çoxdu ki açılıb, amma sizdən hələ 1dənə də transfer xəbəri yoxdu. Ancaq yola salırsınız. Gələn mövsüm necə olacaq vəziyətiməmiz ??!!".

"Klubu bağlayırıq?".

"Çıxanda qapını da bağlayın, qazın, işığın sönməsindən əmin olun, belə baxıram hərkəs gedir...".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu