“Baş məşqçi vəzifəsindən gedəndən sonra içimdə xoşbəxtlik var”

25 İyun 23:40 Sumqayıt 290
“Baş məşqçi vəzifəsindən gedəndən sonra içimdə xoşbəxtlik var”

“İçimdə xoşbəxtlik var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın sabiq baş məşqçisi Vaqif Cavadov deyib.

Ötən ilin oktyabrında “kimyaçıların” sükanı arxasına keçən və bu ilin mayında işindən ayrılan mütəxəssis “baş məşqçi postundan gedəndən sonra xoşbəxtsiz, yoxsa üzgün” sualına cavabında aşağıdakıları söyləyib:

“Bu yerdə rəhbərliyə bir daha təşəkkür etmək istəyirəm. Məncə, “Sumqayıt” Azərbaycan futbolunda ilk klubdur ki, rəhbərlik U-17-də məşqçilik edən birinə əsas komandaya qədər güvəndi, şans verdi.

Futbol dili ilə desəm, öz yetirməsinə aşağı yaş qruplarından əsas komandaya qədər yüksəlməsinə şərait yaratdı. U-17-də başladım, U-19-da davam etdim, əvəzedici və sonda A komandada çalışdım.

Məncə, ölkəmizdə belə bir klub və məşqçi olmayıb. “Sumqayıt”da akademiyanın qurulması və işlərin yüksək səviyyədə təşkil olunması yönündə ciddi işlər görülür.

Bu, mənim üçün çox yaxşı təcrübə oldu. Allah qismət edər, yenidən Premyer Liqada baş məşqçi kimi çalışaram”.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!