“Neftçi”dən təklif aldı, 7 ildir çıxış etdiyi klubun şərtlərini bəyənmədi

11:20 Sumqayıt 1 529
“Neftçi”dən təklif aldı, 7 ildir çıxış etdiyi klubun şərtlərini bəyənmədi

"Sumqayıt" daha bir futbolçusu ilə yolları ayırıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Yarımmüdafiəçi Murad Xaçayevlə başa çatan müqavilə yenilənməyib.

2018-ci ildən "Sumqayıt"ın formasını geyinən Murad Xaçayev bu müddət ərzində bütün turnirlər daxil olmaqla 176 oyun keçirib. O, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bu yay Miloş Miloviç, Momo Yansane və Rövlan Muradov da "Sumqayıt"dan ayrılıb.

Vaxtilə gənclər yığmamızda oynayan Muradın "gənclik şəhəri" təmsilçisindən gedişi maliyyə şərtləri ilə bağlıdır.

Belə ki, "kimyaçslar" onun əməkhaqqısını 13 min manatdan 16000 manata qaldırmağa hazır olsa da, səbəbkar daha çox pul istəyib.

Rəhbərlik Xaçayevdən güzəştə getməsini gözləsə də, bu, baş verməyib.

Adıçəkilən yarımmüdafiəçinin "Neftçi"yə keçidi gözlənilir. Böyük ehtimalla, Samir Abasov köhnə tanışını öz yanına aparacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti