Biri getmişdi, ikincisi də yola salındı - Premyer Liqa klubundan

13:00 Sumqayıt 692
Biri getmişdi, ikincisi də yola salındı - Premyer Liqa klubundan

«Sumqayıt»da daha özbəkistanlı qalmayıb.

Uğursuz mövsüm keçirən «kimyaçılar» düşərgəsini xidmətinə zərurət duymadığı legionerlərdən «təmizləməyə» davam edir.

Son olaraq Casurbek Caloliddinov da buradan ayrılmalı olub. Ötən ilin oktyabrında Azərbaycana gələn və birillik müqaviləyə imza atan 22 yaşlı yarımmüdafiəçi artıq birdəfəlik ölkəsinə yola salınıb.

«Gənclik şəhəri» təmsilçisi orta asiyalı ilə kontrakta qarşılıqlı razılıq əsasında xitam verib.

Premyer Liqada sezonu 8-ci sırada bitirən sumqayıtlıların ondan qabaq həmyerlisi Bobir Abdolxalikovla vidalaşmasını xatırladaq.

Bu ilin əvvəlində ölkəmizə təşrif buyurmuş hücumçunun 5 aylıq müqaviləsi bitdiyindən, rəhbərlik rəsmi sənəddə yer alan «+1 il» bəndindən yararlanmağı lazım bilməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti