
«Yeni baş məşqçimizin adı, yəqin ki, yaxın günlərdə məlum olacaq».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın prezidenti Riad Rəfiyev deyib.
Belarus yığmasının baş məşqçisi Karlos Alos fəaliyyətini Azərbaycanda davam etdirə bilər.
İspaniyalı mütəxəssis millimiz və ya "Sumqayıt"a başçılıq edəcəyi xəbərləri yayılıb.
Belarus mətbuatı Alosun gələcəyinin Belarus Futbol Federasiyasının prezidenti vəzifəsinə seçkilərdən asılı olduğunu yazıb.
Baş məşqçi ilə müqavilənin detallarına görə qurumun hazırki Nikolay Şerstnev postunu tərk edəcəyi halda onun razılaşma qüvvədən düşəcək. İyulun 17-də federasiyaya seçkilər keçiriləcəyini nəzərə Karlosun taleyi nəticələrdən asılı olacaq.
Digər tərəfdən 49 yaşlı mütəxəssisin artıq "Sumqayıt"la razılığa gəldiyi də bildirilir. Hazırda "Gənclik şəhəri" təmsilçisinin baş məşqçisi vəzifəsi boşdur və Alosun növbəti mövsümdə komandaya rəhbərlik edəcəyi vurğulanıb.
Karlos Alos 2023-cü ildən Belarus millisini çalışdırır. Onun rəhbərlik etdiyi komanda bu ilin martında Bakıda millimizə 2:0 hesabı ilə qalib gəlib.
R.Rəfiyev adıçəkilən mütəxəssisin onların gündəmində olmadığını bildirib:
«Yayılan xəbərlərin heç biri əsası yoxdur. Danışıqlar apardığımız başqa məşqçilərdir.
Gəlin, hələ tələsməyək. Bir az da gözləyək.
Təyinat olan kimi bu barədə rəsmi açıqlama veriləcək».