
Kütləvi ayrılığın yaşandığı "Sumqayıt"da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Söhbət Ronaldo Vaskesdən gedir.
25 yaşlı yarımmüdafiəçi yeni mövsüm də "Kimyaçılar"ın formasını geyinəcək.
Bu ilin yanvarında transfer edilən yarımmüdafiəçinin müqaviləsində yer alan +1 bəndi qüvvəyə minib.
Dominikanlı legioner qısa müddətdə özünü yaxşı tərəfdən göstərməyi bacarıb.
O, meydana çıxdığı 17 görüşdə 3 qolla yadda qalıb.
Ronaldo Junior karyerası boyunca yetirməsi olduğu "Atletiko Pantoxa" (Dominikan Respublikası) ilə yanaşı "Hapoel" (Tel-Əviv, İsrail) və "Quabira" (Boliviya) klublarında da çıxış edib. O, 41 dəfə formasını geyindiyi vətəni Dominikan Respublikasının milli komandasında 6 qol vurmağa da müvəffəq olub.
XANOĞLAN / SPORTİNFO.AZ