
"Sumqayıt"ın yolları ayırmağa hazırlaşdığı növbəti legioner Silvanus Nimelidir.
Forvardın çıxışı klubu razı salmayıb.
O, meydana çıxdığı 18 matçda cəmi 1 qol vurub.
Beləsini kim bəyənə bilər?
Təbii ki, heç kim.
Amma "Kimyaçılar" üçün liberiyalı legionerdən canını qurtarmaq elə də asan olmayacaq.
Çünki tərəflər arasında 2026-cı ilin yayında qüvvədən düşəcək anlaşma var.
Nimelini razı salmaq üçün təzminat ödənilməsi mütləqdir.
Əks halda, onun gedişi heç də real görünmür.
Çətin ki, ona buradakı qədər hardasa əmək haqqı verilsin.
Söhbət təxminən 10 min dollar maaşdan gedir.
XANOĞLAN / SPORTİNFO.AZ