
Momo Yansane üçün "Sumqayıt" səhifəsi qapanıb.
"Kimyaçılar" müqaviləsi başa çatan hücumçuya qapını göstərib.
Əsas səbəb təbii ki, onun zəif çıxışıdır.
Bu ilin yanvarında Azərbaycan klubuna pənah gətirən qvineyalı özünü yaxşı tərəfdən göstərməyi bacarmadı.
Forma geyindiyi 16 matçda cəmi 1 qolla yadda qalması bunu deməyə ciddi əsas verir.
Halbuki "Şerif"in sabiq üzvü böyük ümidlərlə komandaya transfer olunmuşdu.
XANOĞLAN / SPORTİNFO.AZ