
“Hər adamın bacaracağı iş var. Biznes mənlik deyil”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın sabiq kapitanı
Vüqar Mustafayev deyib. Bir neçə gün qabaq xroniki zədəyə görə karyerasını 31 yaşında bitirmək məcburiyyətində qalan yarımmüdafiəçi özünü futboldankənar hansısa sahədə təsəvvür edə bilmədiyini söyləyib:
“Premyer Liqada 12 illik futbolçu karyeramda nələrisə görüb-götürmüşəm. Lakin bu, məşqçilik üçün kifayət deyil.
Üzərimdə işləməliyəm, daha çox öyrənməliyəm. Ad xatirinə məşqçi olmaq istəmirəm.
Görsəm ki nəsə bacarıram, qalıb işləyəcəm. Əks halda, başımı aşağı salıb gedəcəm”.