Azərbaycan klubunda daha iki əcnəbinin taleyinə aydınlıq gəldi

27 May 17:00 Sumqayıt 412
Azərbaycan klubunda daha iki əcnəbinin taleyinə aydınlıq gəldi

"Sumqayıt"da yaşanan ayrılıq dalğasına özbəklər də qoşulub.

Belə ki, Cəsurbek Cəloliddinov və Bobir Abdixolikov "Kimyaçılar"la vidalaşıb.

Cəsurbek zəif çıxışına görə yola salınıbsa, Bobirlə bağlı durum fərqlidir.

"Kimyaçılar" forvardın qalmasında maraqlı olub.

Amma maaşının yüksək olması ayrılığı qaçılmaz edib.

Belədə ikili kollektivlə birdəfəlik sağollaşaraq vətənə yollanıblar.

25 yaşlı yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 15 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qış fasiləsində Azərbaycan klubuna üz tutan onun həmyerlisi isə özünü daha yaxşı tərəfdən göstərib.

Abdixolikov meydana çıxdığı 14 matçda adına 4 qol, 3 asist yazdıra bilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti