“Neftçi” 3 futbolçu ilə vidalaşdı: Biri legioner, ikisi yerli - SON DƏİQƏ

26 May 17:40 Sumqayıt 5 020
“Neftçi” 3 futbolçu ilə vidalaşdı: Biri legioner, ikisi yerli - SON DƏİQƏ

Bu il avrokuboklarda iştirak etməyəcək «Neftçi»də «yarpaq tökümü» başlayıb.

Samir Abasovun təqdim etdiyi «qara siyahı»ya diqqət yetirən rəhbərlik bu gün 3 futbolçu ilə yolları ayırmağı qərara alıb.

Yuri Matias, Azər Əliyev və Azər Salahlı «ağ-qaralar»ın düşərgəsini birdəfəlik tərk edib. Bakılılar adlarını çəkdiyimiz oyunçularla müqavilənin müddətini uzatmayıb.

Bu, hələ kitabın ilk səhifəsidir. İslahatların davamı qarşıdakı günlərdə gələcək. Daha 7-8 nəfərin düşərgədən göndərilməsi planlaşdırılır.

Onların sırasına həm yerlilər, həm də legionerlər daxildir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti